• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Ov mövsümü açıq elan edildi

CƏMİYYƏT

15 Sentyabr 2023 | 15:18

Ov mövsümü açıq elan edildi

Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və ov mövsümünün açıq elan edilməsinə qərar verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələrinin təmsil olunduğu iclasda ov mövsümünün başlanması, vəhşi heyvanların və quşların ovlanmasının müddətləri, normaları, limitləri müzakirə olunub və ov mövsümünün 15 sentyabr tarixindən etibarən açılması qərara alınıb.

Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları ilə bağlı elan Nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib.

https://eco.gov.az/az/nazirlik/elan?newsID=19407


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026