Rusiya Prezidenti Vladimir Putin ətrafında koronavirusa yoluxmuş şəxsin olması ilə bağlı özünü təcrid etməli olduğunu açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Düşənbədə keçiriləcək KTMT və ŞƏT sammitində o, onlayn iştirak edəcək.
"Vladimir Putin, ətrafındakı koronavirus hadisələri ilə əlaqədar olaraq, müəyyən bir müddət ərzində özünü təcrid etmə rejiminə riayət etməli olduğunu söylədi"- deyə, Kremlin saytında bildirilir.
Rusiya prezidenti bunu Tacikistan prezidenti İmaməli Rəhmanla telefon danışığında deyib.
Mətbuat katibi Dmitri Peskov koronavirus xəstələri ilə təmasdan sonra özünü təcrid edən Rusiya Prezidenti Vladimir Putinin tamamilə sağlam olduğunu bildirb.
Tərcümə şöbəsi
Bakıvaxtı.az















