Kiyevdən geri çəkilməyə çalışan rus qoşunları Ukraynanın pusqusuna düşəndə təşviş içində öz maşınlarına atəş açıblar. Hadisə zamanı tankların külə dönmüş halları agentliklər tərəfindən yayımlanıb.
Bakıvaxtı.az xəbər verir ki, martın 31-də Rusiya Kiyevdən əl çəkib hücumlarını Ukraynanın şərqinə cəmlədikdə, paytaxtdan geri çəkilməyə hazırlaşan rus qoşunları ukraynalıların pusqusuna düşüb. Pusqudan sonra rus qoşunlarının yaşadığı çaxnaşma, təqibdə ölümcül bir səhvə səbəb olub. Ukraynaya məxsus pilotsuz uçan aparatla çəkilmiş kadrlarda rus qoşunlarının zirehli texnikası ilə Kiyevin qərbində yerləşən Dmitrivka kəndi ilə irəlilədiyi görünür. Sözügedən görüntülər daha əvvəl ortaya çıxanda çox aydın deyildi. Bununla belə, yeni təsvirlər tankların üzərindəki “V” işarəsini açıq şəkildə ortaya qoyur.
Əsgərlər irəliləyərkən bir rus tankının daha bir rus zirehli avtomobilini metrlər uzaqdan partlatdığı görünür.
Hərbi ekspertlər deyirlər ki, əgər tank sıradan çıxsaydı, bu, onu ələ keçirə biləcək ukraynalılar üçün tələ ola bilərdi, lakin ani panika və əsgərlərin qaçması bunun planlaşdırılmış bir hərəkət olmadığını ortaya qoyur. Hadisədən sonra BMP-2 piyada döyüş maşını və T-72 əsas döyüş tankı olduğu düşünülən hərbi maşınların qalıqları küllə ələ keçirilib. Ukrayna pusqusunda 8 rus əsgərinin həlak olduğu iddia edilir.
Aytac Aslan
















jpg-1652512357.webp)


