Roma Papası Fransisk gender nəzəriyyəsini pisləyib.
Bakıvaxtı.az “Gazeta.ru”ya istinadla xəbər verir.
Katolik Kilsəsinin rəhbəri gender nəzəriyyəsini zəmanəmizin ən böyük təhlükəsi adlandırıb.
Onun fikrincə, bu, kişi və qadın arasındakı fərqləri aradan qaldırmağa çalışan şər ideologiyadır:
"Fərqlilikləri aradan qaldırmaq insanlığı ləğv etmək deməkdir" .
2019-cu ildə Vatikan katolik məktəbi müəllimlərinə “kişilər və qadınlar arasındakı təbii fərqi” inkar edən, gender ideologiyasına qarşı durmağa kömək edən mətn dərc edib.
Mina Mikayılova