• Bakı 26° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Paris-2024: 53 yaşlı idmançı finalda

İDMAN

05 Sentyabr 2024 | 16:27

Paris-2024: 53 yaşlı idmançı finalda

53 yaşlı rusiyalı idmançı Yelena Prokofyeva Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, stolüstü tennisçi yarımfinalda yaponiyalı Kanami Furukavaya qalib gəlib - 3:2 (5:11, 11:9, 10:12, 11:7, 11:6).

Prokofyeva finalda Yaponiyanın digər təmsilçisi Natsuki Vada ilə üz-üzə gələcək. Qızıl medal uğrunda qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Yelena Prokofyeva Tokio paralimpiadasında qızıl medal əldə edib. O, 2018-ci ildə dünya çempionu olub.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026