• Bakı 25° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8254

    RUB - 0.0212

Parlament seçkilərinin vaxtı MƏLUM OLDU

DÜNYA

21 Mart 2023 | 18:30

Parlament seçkilərinin vaxtı MƏLUM OLDU

Tailandda növbəti parlament seçkiləri mayın 14-nə təyin edilib.

Bakıvaxtı.az-ın “Nation” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Tailand Seçki Komissiyası qərar verib.

Tailand Nazirlər Kabineti seçkilərin keçirilməsi üçün 173,3 milyon dollar ayırıb.

Qeyd edək ki, bazar ertəsi Tailand kralı yeni seçkilərin keçirilməsi üçün parlamentin buraxılmasına qərar verib.

Sənəd hazırkı parlamentin səlahiyyət müddətinin bitməsinə bir neçə gün qalmış dərc olunub. Hazırkı parlamentin səlahiyyət müddəti martın 23-də bitir.

Konstitusiyaya əsasən, yeni seçkilərin tarixi 5 gün ərzində elan olunmalıdır. Namizədlərin qeydiyyatı prosesinin apreldə başlayacağı gözlənilir.


SON XƏBƏRLƏR

29 May 2023