Bakıda gecə klubunda baş verən partlayış zamanı yaralanan bloqer Aysel Şükürovanın yeni görüntüləri yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Paylaşımı Raul adlı şəxs edib.
Qeyd edək ki, Aysel Şükürovanın partlayış baş verən gün yaxın dostu Raulun ad günü məclisində iştirak etmək üçün kluba getdiyi bildirilir. Hadisə aprelin 3-ü Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda qeydə alınıb.
Partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib.
Aytac Aslan
















