• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mətanət İsgəndərli keçmiş gəlini ilə BARIŞDI

MƏDƏNİYYƏT

05 May 2022 | 01:27 | Müəllif: Qalib İbrahimoğlu

Mətanət İsgəndərli keçmiş gəlini ilə BARIŞDI

"Müqəddəs Ramazan bayramı günü Mətanət xanımın evinə getdim və böyüyüm olaraq ondan olanlarla bağlı üzr istədim. Çünki yaşanan hadisələrə görə balalarımı get-gedə tamamilə itirə bilərdim".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana sosial şəbəkədə yazıb.

Sənətçidən üzr istədiyini deyən Canana artıq məhkəməyə ehtiyac qalmadığını bildirib:

"Bir böyük olaraq Mətanət xanım və uşaqlarımın atası Kərimin xeyir-duası olmasa, övladlarım məndən uzaqlaşırdı. Həqiqətən də bir nənə olaraq uşaqlarımın əziyyət çəkməyinə göz yuma bilmədi və bizim yenidən tam bir ailə olmasaq da, biri-birimizə dəstək olub, uşaqları böyüdüb, başa çatdırmağımıza xeyir-dua verdi".

"Mətanət xanıma can sağlığı arzulayıram. O bu addımıyla körpələrimi sevindirdi, mənə dünyaları bəxş etdi. Müqəddəs Ramazan bayramı həqiqətən də səbr edənlərin duasını yerinə yetirir. Bir onu deyə bilərəm ki, çox xoşbəxtəm.  Artıq məhkəməyə ehtiyacımız yoxdur. Məhkəmələrlə yalnız uduzursan. Ağıllı insanlar problemləri öz aralarında həll etsələr, nə pulları gedər, nə əsəbləri, nə də zamanları. Bir də ortalıqda söz daşıyıb, araya söz-söhbət salan insanların Allah cəzasını versin".

Qeyd edək ki, Kərim və Canana ötən ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026