• Bakı 7° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rusiyalı aparıcı axtarışa verildi

MƏDƏNİYYƏT

04 May 2022 | 22:39 | Müəllif: Subhan Mahmudov

Rusiyalı aparıcı axtarışa verildi

Rusiyalı jurnalist, televiziya aparıcısı Aleksandr Nevzorov ölkənin Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, martda Nevzorova qarşı Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatların yayılması maddəsi ilə cinayət işi açılıb.

İstintaqın məlumatına görə, o, martın 9-da instaqram və martın 19-da isə yutub hesabında Mariupolda doğum evinin Rusiya hərbçiləri tərəfindən qəsdən atəşə tutulması barədə yalan məlumat yayıb. Nəşrlərdəki görüntülərin mənbəsi Ukrayna mediası olub.

İstintaq Komitəsi hazırda Nevzorovun harada olduğunu müəyyənləşdirməyə çalışdıqlarını qeyd edib.

Həmçinin, apreldə ölkənin Ədliyyə Nazirliyi jurnalisti xarici agentlər siyahısına əlavə edib. Bundan əvvəl isə Nevzorov Ukraynada baş verənləri pisləyərək Rusiyanı tərk edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026