• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Natavandan Nadir və Fatiməyə: "Qudurmayın!"

MƏDƏNİYYƏT

04 May 2022 | 11:11 | Müəllif: Qalib İbrahimoğlu

Natavandan Nadir və Fatiməyə: "Qudurmayın!"

"Mənə əziz olmayan şou əhli, sözüm sizlərədir. Gedin, heç kimə lazım olmayan işinizlə məşğul olun. Qudurmayın! Dostluq etmək, məclisə qatılmaq istəmədiklərim, özünüzə hörmət qoyun".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi sosial şəbəkədə yazıb.

Natavan Həbibi onun haqqında danışan müğənni Nadir Qafarzadə və rəqqasə Fatimə Fətəliyevaya cavab verib:

"Kamera qarşısında şirə dönməyin, tanıyırıq hamınızı. Mənim efirə çıxmağımın ilk səbəbi elə siz olacaqsınız. Sizi tanımayanlara sizi tanıdacağam. Maskalarınızı çıxardın! Haqıımı, haqqınızı istədiyim yerdə haqqıma girdiniz. Allah ağıl versin. Sizə elə bu da azdır. Sizi adam, insan, sənətçi, sənətkar yerinə qoyan olmayıb, elə də qalacaqsınız. Qulluqçu, kloun vəziyyətində. Özünüz özünüzə hörmət qoymadınız. Aparıcıların kanal işçilərinin köməkçiləri kimi danışdınız. Öz haqqınızı tapdaladınız, bizə qarşı çıxmaqla. Nə gündəsiniz?"

Qeyd edək ki, müğənnilər Xatirə İslam, Natavan Həbibi verilişlərə çıxmaq üçün kanal rəhbərlərindən qonorar istəyib. Bir neçə gün əvvəl Fatimə onların ünvanına "Siz əlçatmaz deyilsiniz" açıqlamasını verib (axsam.az). Nadir Qafarzadə isə Natavana "Natavanın son zamanlar ulduzluğu tutub. Dostlarını da saymır, unudub. Elə insanlar var uzunmüddətli dostluğu bacarmır. Dostuyla düşmənini ayırmır" sözlərini söyləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026