• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Paşinyan növbəti dəfə biabır oldu - VİDEO

DÜNYA

17 Sentyabr 2021 | 11:31

Paşinyan növbəti dəfə biabır oldu - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə biabır olub.

Bakıvaxtı.az xəbər verir ki, Paşinyan bu dəfə ötən gün  Düşənbə şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin sammiti zamanı qeyri-adekvat hərəkətləri ilə diqqət çəkib.

Belə ki, Paşinyan  ilk olaraq protokol qaydalarını pozub. Onun korteci sammit keçirilən iqamətgaha birinci gəlib. Qaydalara görə isə, ilk olaraq təşkilatın Baş katibi gəlməli idi. Bunun ardınca yarım saatlıq fasilə yaranıb. Hətta fəxri qarovul belə gözləməkdən yorulub.

Həmin anlar sosial mediada paylaşılaraq, izləmə  rekordu  qırıb. Baş nazirin bu hərəkətləri  gülüş obyektinə  çevrilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026