• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ədən körfəzində İran tankerinə hücum edildi

DÜNYA

16 Oktyabr 2021 | 22:22

Ədən körfəzində İran tankerinə hücum edildi

İran İslam Respublikasının silahlı qüvvələri Ədən körfəzində İran tankerinə quldurların hücumunu dəf edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkə ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Əmir Şəhram İrani bildirib.

O qeyd edib ki, hücumda beş quldur qayığı iştirak edib: "Açılan atəş nəticəsində bu qayıqlar xeyli məsafəyə qədər uzaqlaşdırılıb."

Əmir Şəhram İrani bildirib ki, tanker təhlükəli ərazini tərk edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR