• Bakı 14° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Pentaqon rəhbəri İsveç və Almaniyaya səfər edəcək

DÜNYA

14 Aprel 2023 | 19:48 | Müəllif: Subhan Mahmudov

Pentaqon rəhbəri İsveç və Almaniyaya səfər edəcək

ABŞ-ın müdafiə naziri Lloyd Ostin gələn həftə İsveç və NATO-ya üzv olmaq istəyən Almaniyaya səfər edəcək, burada Ukraynaya hərbi yardım göstərən ölkələrin növbəti toplantısı keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. 

"Müdafiə naziri III Lloyd J. Austin gələn həftə İsveç və Almaniyaya səfər edərək həmkarları ilə görüşəcək və Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasını keçirəcək", - məlumatda deyilir.

Ukraynada Rusiya hərbi xüsusi əməliyyatı başlayandan sonra İsveç qonşu Finlandiya ilə birlikdə NATO-ya üzv olmaq üçün müraciət etsə də, ondan fərqli olaraq, Türkiyənin etirazı səbəbindən hələ də oraya gedə bilmir. Ostin aprelin 19-da orada olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026