"Son zamanlar media baş verən hər şeyə görə Rusiyanı hərfi mənada günahlandırmaqdan çəkinmir".
Bakıvaxtı.az "Vedomosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, bildirib ki, Qərb mediasının Rusiyanın Fransada mühüm infrastruktura, xüsusən də yüksəksürətli dəmir yoluna hücumu ilə bağlı bəyanatı əsassız ittihamdır.
Qeyd edək ki, iyulun 26-da Fransada dəmiryolunda fasilə yaranıb. Ölkənin istefa verən nəqliyyat naziri Patris Verqriet bildirib ki, fasilə 100 minə yaxın səyahətçiyə birbaşa təsir edib. Paris meri Ann Hidalqo isə hadisəni təxribat adlandırıb.
Gülşən Şərif
















