• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Son sutkada nə qədər vaksin vurulub?

CƏMİYYƏT

11 Oktyabr 2022 | 16:34

Son sutkada nə qədər vaksin vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 786 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Bakıvaxtı.az-a verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 299, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 176, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 271, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 40 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 898 973, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 385 760, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 869 069, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 381 921, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 223 nəfər təşkil edir.
 


Son sutkada nə qədər vaksin vurulub?
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026