Bayram və qeyri-iş günlərində müntəzəm və qeyri-müntəzəm reyslə müxtəlif şəhər və rayonlara daşınan sərnişinlərin sayı açıqlanıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakıvaxtı.az-a verilən məlumata görə, sərnişin sıxlığının qarşısını almaq üçün xətlərə əlavə avtobuslar cəlb edilib, xəttə buraxılan avtobusların intervalına xüsusi nəzarət olunub.
Belə ki, 5,6,7,8 və 9 noyabr tarixlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ölkənin müxtəlif şəhər və rayonlarına 1199 reyslə 35282 sərnişin daşınıb.
















