• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Pezeşkiana görə məsciddə dava 

DÜNYA

13 Iyul 2024 | 18:20 | Müəllif: Subhan Mahmudov

Pezeşkiana görə məsciddə dava

Dünən axşam Qəzvin əyalətinin Məhəmmədiyyə şəhərində İmam Sadiq məscidində keçirilən əzadarlıq mərasimində Məsud Pezeşkiana görə dava düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, məsciddəki din xadimlərindən biri mikrofonu alaraq yeni prezidenti təhqir edib və onun yezid olduğunu, ona səs verənlərin isə aldanıldıqlarını deyib.

Qəzvinlilərin buna etirazından sonra məscidə bir qrup radikal mühafizəkar siyasi cərəyana mənsub şəxs hücum edib. Pezeşkian tərəfdarları ilə baş verən qarşıdurma nəticəsində bir neçə nəfər xəsarət alıb.

Qeyd edək ki, Məsud Pezeşkian Qəzvin əyaləti, xüsusilə Məhəmmədiyyə şəhərində səslərin əksəriyyətini qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026