• Bakı 28° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Putin: "Rəqib öz hərəkətlərinə layiqli cavab alacaq” 

DÜNYA

12 Avqust 2024 | 16:38

Putin: "Rəqib öz hərəkətlərinə layiqli cavab alacaq”

Ukraynanın ən döyüşə hazır bölmələri arasında itkilər kəskin şəkildə artır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, o, Ukrayna ilə həmsərhəd rayonlardakı vəziyyətlə bağlı iclasda bunları bildirib.

    Rusiya prezidenti qeyd edib ki, Kiyev rəhbərliyi Ukrayna xalqını məhv etmək yolunu tutub.

    "Rəqib öz hərəkətlərinə layiqli cavab alacaq və xüsusi əməliyyatın bütün məqsədlərinə nail olunacaq. Amma biz heç bir fərq qoymadan mülki əhaliyə, mülki infrastruktura zərbələr endirən və ya nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışan insanlarla hansısa danışıqlardan söhbət belə gedə bilməz”, - Putin bildirib.

    Vladimir Putin Ukraynanın sərhədyanı rayonlara yeni hücumlarının mümkünlüyünü istisna etməyib, o cümlədən Bryansk vilayətində təxribatlara hazır olmaqları barədə xəbərdarlıq edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Sentyabr 2026