Çinin cənub-qərbindəki Sıçuan əyalətində güclü yağışlar səbəbindən 80 mindən çox insanın təxliyə edildiyi açıqlanıb.
Bakıvaxtı.az Sinxua agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları açıqlama yayıb.
Bildirilib ki, sel nəticəsində əksər evlər dağılıb. Baş verən daşqın və sürüşmə nəticəsində 9 nəfər həyatını itirib.
Gülşən Şərif












