• Bakı 19° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

PKK-nın xüsusi təyinatlı terrorçusu zərərsizləşdirildi

DÜNYA

05 May 2023 | 13:09

PKK-nın xüsusi təyinatlı terrorçusu zərərsizləşdirildi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında Qara ərazisində PKK terror təşkilatına qarşı antiterror əməliyyatı keçirib.

Bakıvaxtı.az xəbər verir ki, antiterror əməliyyatı nəticəsində PKK-nın xüsusi təyinatlı terrorçusu Firaz Zilan kod adlı Neçirvan Seven zərərsizləşdirilib.

Terrorçu İraqın şimalında həyata keçirdiyi logistik fəaliyyətləri, təşkilat üçün əhəmiyyətli elektron hissələri çatdırdığı üçün MİT-in hədəf siyahısına daxil olub.

Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR