• Bakı 13° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda məktəblilərə "patı" satılır? - YENİLƏNİB

CƏMİYYƏT

03 Oktyabr 2023 | 17:29

Bakıda məktəblilərə "patı" satılır? - YENİLƏNİB

44 saylı orta məktəb hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:

Bakıvaxtı.az xəbər verir ki, “Videogörüntülərdə yer alan ərazi 44 nömrəli tam orta məktəbin arxa tərəfində yerləşir. Ərazi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) aiddir və burda adı qeyd edilən ASC-nin enerji blokları yerləşdirilib. Məktəbli geyiminin rənginə görə təsbit edilib ki, videoda görünən şəxslər 44 nömrəli tam orta məktəbin şagirdləri deyil.

Qeyd edək ki, yayılan videogörüntülərlə bağlı məktəb rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib. Məsələ ilə bağlı araşdırma aparılır”.

 

 

16:29

Sosial şəbəkələrdə Bakıda 44 saylı məktəbin həyətində şagirdlərin narkotik vasitədən istifadə etməsi ilə bağlı görüntülər yayılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, videogörüntülərlə bağlı araşdırma aparılır:

“İddialar araşdırma predmetidir. Nəticəsi barədə əlavə məlumat veriləcək".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026