• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polis əməliyyat keçirdi: Həbs edilənlər var (FOTOLAR)

HADİSƏ

17 Yanvar 2022 | 13:16

Polis əməliyyat keçirdi: Həbs edilənlər var (FOTOLAR)

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb, qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə və psixotrop maddə çıxarılıb. 

DİN-dən Bakıvaxı.az-a verilən məlumata görə, idarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Əhmədli və Köhnə Günəşli qəsəbələrində, eləcə də rayonun digər yaşayış məntəqələrində həyata keçirdikləri tədbirlər zamanı Zaur Şəkərəliyev, Samir Qafarov, Elçin Əliyev, Əfsəl Musayev, Sonqulu Daşdəmirov, Tural Hüseynov, İlkin Mahmudov, Elçin Sərdərov, Rasim Məmmədov, Orxan Məmmədzadə və Elxan Abbasov tutulublar.

Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Bu şəxslərin hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Onlar tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması  istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.


Polis əməliyyat keçirdi: Həbs edilənlər var (FOTOLAR)Polis əməliyyat keçirdi: Həbs edilənlər var (FOTOLAR)Polis əməliyyat keçirdi: Həbs edilənlər var (FOTOLAR)
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026