• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Prezident Administrasiyası Xankəndidəki partlayış barədə MƏLUMAT YAYDI

HADİSƏ

26 Sentyabr 2023 | 00:51 | Müəllif: Subhan Mahmudov

Prezident Administrasiyası Xankəndidəki partlayış barədə MƏLUMAT YAYDI

2023-cü il sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.

Bununla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026