• Bakı 22° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Prezidentin general rütbəsi ilə təltif etdiyi Mürsəl İbrahimov KİMDİR? - DOSYE

SİYASƏT

25 Iyun 2025 | 12:05

Prezidentin general rütbəsi ilə təltif etdiyi Mürsəl İbrahimov KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2025-ci il tarixli Sərəncamı ilə Mürsəl Qorxmaz oğlu İbrahimova general-mayor ali hərbi rütbəsi verilib.

Bəs prezidentin təltif etdiyi bu şəxs kimdir? 

Bakıvaxtı.az xəbər verir ki, Mürsəl İbrahimov 20 sentyabr 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib, daha sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda mühəndis ixtisası üzrə ali təhsil alıb. O, həmçinin 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası ilə başa vurub.

Xidmət yoluna 1992-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində başlayan Mürsəl İbrahimov müxtəlif vəzifələrdə çalışıb. 2006-cı ildən etibarən fəaliyyətini Milli Təhlükəsizlik Nazirliyində davam etdirib, burada İnspektorluq İdarəsində zabit, şöbə rəisi, idarə rəisinin müavini və Kadrlar Baş İdarəsinin rəis müavini vəzifələrində xidmət edib. 2015-ci ilin noyabr ayında polkovnik rütbəsində təhlükəsizlik orqanlarının ehtiyatına buraxılıb.

2016–2023-cü illərdə "Kapital Bank" ASC-də Təhlükəsizlik Departamentinin direktoru vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin 17 aprel 2023-cü il tarixli Sərəncamı ilə Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunub.

O, xidmət dövründə "Hərbi xidmətlərə görə" medalı (2015) və "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (2024) ilə təltif olunub.

Mürsəl İbrahimovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib və ona general-mayor ali hərbi rütbəsi verilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR