• Bakı 26° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

İlham Əliyevin müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

SİYASƏT

24 Iyul 2025 | 18:20

İlham Əliyevin müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

BMT katibliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il mayın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb.

Bakıvaxtı.az xəbər verir ki, İcmanın bununla bağlı bəyanatında deyilir: “Qərbi Azərbaycan məsələsini prinsipial və ardıcıl şəkildə beynəlxalq gündəmdə saxlayan Prezident İlham Əliyevin sözügedən müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması insan hüquqları mövzusu olaraq Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin artırılmasında mühüm rol oynayır.

Qərbi Azərbaycan İcması sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış məsələsinə beynəlxalq aləmin dəstəyinin əldə edilməsi istiqamətində səylərini davam etdirəcək. İcma Ermənistan hökumətindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər müvafiq beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq, Qərbi azərbaycanlıların öz evlərinə qayıdışına şərait yaratmağı tələb edir”.

 


SON XƏBƏRLƏR

25 Iyul 2025