Uşaqda psixoloji xəstəlik varsa, onu cəmiyyətdəki qınaqdan çəkinərək gizlətmək doğru deyil.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi 2 saylı Kliniki Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.
Psixoloq diqqətə çatdırıb ki, əgər zamanında mütəxəssisə müraciət edilməzsə, bu problemlər daha da dərinləşəcək.
"Uşaqda hansısa nitq və davranış pozğunluğu, psixoloji halının nizamsızlığı varsa, mütləq bu işin peşəkarlarına müraciət etmək lazımdır".
Mina Mikayılova