PSJ kapitanı Markinyosla vidalaşmağı düşünür.
Bakıvaxtı.az xəbər verir ki, futbolçunun komanda yoldaşı Kilian Mbappeyə dəstək olması Paris klubu narazı salıb.
Xəbərə görə, PSJ Markinyosu transferə çıxarmayacaq, lakin müdafiəçi üçün sərfəli təklif alarsa, onu satacaq.
Qeyd edək ki, 29 yaşlı braziliyalı 2013-cü ildən PSJ-də çıxış edir. O, 210 oyunda meydana çıxıb və 17 qola imza atıb./matc.az















