“Red Bull” komandasının holland pilotu Maks Ferstappen "Formula 1" üzrə dünya çempionatının 13-cü mərhələsinin - Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub.
Bakıvaxtı.az xəbər verir ki, ikinci yeri “McLaren” komandasından britaniyalı Lando Norris tutub. Üçüncü "Mercedes"in britaniyalı pilotu Corc Rassel olub.
Niderland Qran-Prisi yarışı bazar günü keçiriləcək.
















