• Bakı 13° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Səbail” tarixi rekorda imza atdı

İDMAN

25 Sentyabr 2023 | 10:57

“Səbail” tarixi rekorda imza atdı

“Səbail” Azərbaycan Premyer Liqasında tarixi rekorda imza atıb.

Bakıvaxtı.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, komanda ardıcıl 4 qələbə qazanmaqla buna nail olub.

Şahin Diniyevin yetirmələri “Turan Tovuz”u 3:1, “Qarabağ”ı 2:1, “Kəpəz”i 3:0, son olaraq isə VII turda “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. Premyer Liqada 2017/2018 mövsümündə debüt edən bakılılar bunadək heç vaxt ardıcıl 4 qələbə qazanmamışdılar.

“Səbail” həm də cari mövsümün bütün oyunlarında qol vuran yeganə komandadır. Bakılılar ardıcıl 7 matçda meydanı qolsuz tərk etməməklə klub tarixinin rekorduna imza atıblar. Əvvəlki rekord 3 il öncə qeydə alınıb. 2020/2021 mövsümündə “Səbail” ilk 6 turda qol sevinci yaşayıb.

Paytaxt təmsilçisi ilk 7 turdakı xal və qol sayında da öz rekorduna imza atıb. “Səbail” bu matçlarda 13 xal toplayıb. Paytaxt təmsilçisi 2018/2019 və 2019/2020 mövsümlərində bu qədər oyunda 10 xal yığmağı bacarıb. Komandanın 7 qarşılaşmada 12 qol vurması da klub tarixində yeni rekorddur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026