• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Putin nüvə hücumuna hazırlaşır?

DÜNYA

14 Oktyabr 2022 | 16:18

Putin nüvə hücumuna hazırlaşır?

Rusiya prezidenti Vladimir Putin Ukraynaya nüvə hücumu etməyə hazırlaşmır.

Bakıvaxtı.az  xəbər verir  ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Amerikanın NBC teleşirkətinə müsahibəsində danışıb.

"Xüsusən, prezident Putin və Rusiya rəhbərliyi Ukraynada nüvə silahından istifadə etməyi qarşılarına məqsəd qoymayıblar. Belə bir hala ehtiyac yoxdur... Rusiya, mən dəqiq bilirəm, ən qabaqcıl silah növlərinə malikdir. Rusiya Ukraynadakı  müharibəni nüvə silahı olmadan da idarə edəcək", - deyə  o,  vurğulayıb. 

Həmçinin,  Lukaşenko Polşanı ABŞ-ı nüvə eskalasiyasına sövq etməkdə ittiham edib:

"Nüvə silahının istifadəsinə mərc edən əsas təşəbbüskar kimdir bilirsiniz? Təxmin edə bilmirsiniz ki, kim? Mən sizə deyim. Polşa. O, sizi - ABŞ-ı nüvə silahı ilə bağlı bəzi addımlar atmağa təhrik edir", - deyə bildirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026