• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Putin və Lukaşenko telefonla DANIŞDI

DÜNYA

01 Noyabr 2023 | 14:57

Putin və Lukaşenko telefonla DANIŞDI

Rusiya və Belarus prezidentləri arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixində Minskdə keçiriləcək növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib.

“İkitərəfli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi və ittifaq inteqrasiyasının, o cümlədən enerji, nəqliyyat və yüksək texnologiyaların təşviqi ilə bağlı aktual mövzular da nəzərdən keçirilib.

Rusiya-Belarus strateji tərəfdaşlığı və müttəfiqliyini dərinləşdirmək üçün sıx əməkdaşlığı davam etdirmək üçün qarşılıqlı öhdəlik təsdiqlənib", - deyə Kremlin yaydığı məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026