• Bakı 26° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Pyerr Zebli “Zirə”yə keçə bilər

İDMAN

28 Iyul 2023 | 11:45

Pyerr Zebli “Zirə”yə keçə bilər

İtaliyanın “İnter” klubunun yetirməsi Pyerr Zebli “Zirə”yə keçməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisi ilə razılığa gəlib.

Son olaraq ötən mövsümü Bolqarıstan “Lokomotiv”ində (Plovdiv) keçirən orta sahə oyunçusunun “Zirə”yə keçidi tezliklə rəsmiləşəcək.

Qeyd edək ki, Pyerr Zebli “İnter” akademiyasının yetirməsi olsa da, əsas komandada çıxış etməyib. 2016-cı ildə Fil Dişi Sahilinin U-20 yığmasında çıxış etmiş yarımmüdafiəçi İtaliyada “Peruca”, “Askoli”, “Kattolik”, Belçikada “Genk”, Bolqarıstanda isə “Tsarsko” və “Lokomotiv”in formasını geyinib. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026