• Bakı 14° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

“Qalaaltı”ya 121 min ziyan vuranlar sərbəst buraxıldı

HADİSƏ

12 Iyun 2024 | 13:22

“Qalaaltı”ya 121 min ziyan vuranlar sərbəst buraxıldı

“Yeni Qalaaltı Hotel Company” MMC-yə məxsus 2 avtobusu gizli şəkildə sataraq şirkətə 121 400 manat ziyan vuran işçilərin məhkəməsi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hotelin əməkdaşları Seyfəddin Cəfərli və Ehtiram İbrəhimov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilib.

Bildirilib ki, qabaqcadan əlbir olan işçilər onlara etibar edilən MMC-yə məxsus 2 ədəd “Hyundai County” markalı avtobusları ümumilikdə 121 min 400 manata sataraq əldə olunan pul vəsaitini aralarında bölüşüblər.

İstintaq prosesi dövründə onlar vurduqları ziyanı ödəyiblər.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda onların hər birinə 1 il 6 ay sınaq müddəti təyin edilməklə şərti cəza verilib. İyunun 7-si hər iki şəxs məhkəmə zalından azadlığa buraxılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR