• Bakı 24° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Qaradağda QƏTL: 26 yaşlı gənci...

HADİSƏ

06 Mart 2024 | 08:28 | Müəllif: Qalib İbrahimoğlu

Qaradağda QƏTL: 26 yaşlı gənci...

Martın 6-da saat 2 radələrində Qaradağ rayonu ərazisində 1998-ci il təvəllüdlü Haqverdiyev İlham Sabir oğlunun kəsici-deşici alətlə yetirilən xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Bayramov Məzahir Elşən oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Martın 6-da saat 00:15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə isə Qaradağ Rayon Prokurorluğunun məlumatında bildirilir. Məlumata görə, araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Məzahir Bayramov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026