Mingəçevir şəhərində güclü külək səbəbindən iri gövdəli ağac qırılaraq avtomobilin üzərinə düşüb.
Bakıvaxtı.az-ın məlumatına görə, "VAZ-21015" markalı avtomobilə ciddi zərər dəyib, yaxınlıqda olan 24 yaşlı X.Məmmədova isə psixoloji travma alıb. Ona ambulator yardım göstərilib.
Qeyd edək ki, hazırda bolgədə küləkli hava şəraiti davam edir./report
















