• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qarölçmə işləri davam edir

CƏMİYYƏT

11 Mart 2024 | 10:43

Qarölçmə işləri davam edir

Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən hazırda Balakən və Zaqatala rayonlarının yüksək dağlıq ərazilərində qarölçmə işləri aparılır, qarın hündürlüyü, çəkisi ölçülərək sululuğu və sıxlığı təyin olunur.

Xidmətdən Bakıvaxtı.az-a verilən xəbərə görə, aparılan ölçmələrin ilkin nəticələrinə görə Mahamalar kəndi-Filizçay marşrutunda qarın hündürlüyü 35-50 sm, Filizçay-Kasadağ marşrutunda 40-55 sm qeydə alınıb, digər marşrutlar üzrə işlər davam etdirilir.

Qeyd edək ki, Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə mart ayının 7-dən qarölçmə işlərinə başlanılıb və ölçmə işləri mart ayının 17-dək davam edəcək.


Qarölçmə işləri davam edirQarölçmə işləri davam edirQarölçmə işləri davam edir
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026