• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Azərbaycanda 5 günlük BAYRAM TƏTİLİ BAŞLADI

CƏMİYYƏT

10 Aprel 2024 | 00:00 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda 5 günlük BAYRAM TƏTİLİ BAŞLADI

Ramazan bayramı münasibətilə Azərbaycanda tətil günləri başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bayramla əlaqədar 5 gün istirahət günü olacaq.

Qeyd edək ki, Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 aprel iş günü ilə 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

Bu il aprelin 10, 11-i Ramazan bayramıdır. 13 və 14 aprel şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Ramazan bayramı ilə əlaqədar 5 gün - 10, 11, 12, 13 və 14 aprel tarixləri qeyri-iş günü olacaq.

Növbəti iş günü aprelin 15-də olacaq.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026