Qəbələdə avtomobil yanıb.
Bakıvaxtı.az FHN-ə istinadla xəbər verir ki, hadisə rayonun Mirzəbəyli kəndində qeydə alınıb.
Belə ki, “VAZ” markalı minik avtomobilinin salonunun yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.















