• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Mənzildə meyiti tapılan 4 nəfərin ölüm səbəbi

HADİSƏ

06 Yanvar 2023 | 13:00

Mənzildə meyiti tapılan 4 nəfərin ölüm səbəbi

Ötən gün Bakının Nərimanov rayonunda mənzildə meyiti tapılan 4 nəfərin ilkin ölüm səbəbi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, ilkin ekspertiza rəyinə əsasən, onlar dəm qazından boğularaq ölüb. Hadisə baş verən müddətdə evə gediş-gəliş olmadığı üçün onları xilas etmək mümkün olmayıb.

1990-cı il təvəllüdlü Nəzərov Kənan Qurban oğlu, 1991-ci il təvəllüdlü Səfərli Pərviz Adıgözəl oğlu və 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğlunun meyitləri ailələrinə təhvil veriləcək.

Hələlik kimliyi bilinməyən şəxsin isə yaxınları axtarılır.

Qeyd edək ki, ölənlərən biri Kamran Allahverdiyev 10-cu sinif şagirdi olub. Kamran Allahverdiyev və dostu 1990-cı il təvəllüdlü Nəzərov Kənan Qurban oğlu bayram günündən itkin düşüb və axtarışda olublar. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026