• Bakı 26° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

Qəbələdə yaralanan ərəb helikopterlə Bakıya gətirildi

CƏMİYYƏT

04 Avqust 2025 | 23:48

Qəbələdə yaralanan ərəb helikopterlə Bakıya gətirildi

Səudiyyə Ərəbistanından gələn dörd turist Qəbələ rayonunda qəzaya düşüb.

Bakıvaxtı.az repot-a istinadla xəbər verir ki, hadisə Qəbələnin Laza kəndində baş verib.

Bildirilib ki, kvadrosikllərin toqquşması nəticəsində Səudiyyə Ərəbistanından olan dörd turist – üç qadın, bir kişi) xəsarət alıb.

Hadisə nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşları - 1978-ci il təvəllüdlü Azzah Alharbe, 1973-cü il təvəllüdlü Yehan Alharbe, 2001-ci il təvəllüdlü Shata Almohammadi Abdulsahad, 2008-ci il təvəllüdlü Lana Alharbe və 2004-cü il təvəllüdlü Fares Almoham - müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirildiyi üçün helikopter vasitəsilə Bakıdakı xəstəxanalardan birinə təxliyə edilib.


SON XƏBƏRLƏR

04 Avqust 2025