BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib ki, Qəzza zolağının təxminən 1,5 milyon sakini İsrail və HƏMAS arasında münaqişə ucbatından evlərini tərk etmək məcburiyyətində qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Qəzzada hələ də elektrik yoxdur. Təxminən 1,5 milyon insan evlərini tərk etmək məcburiyyətində qaldı, 700 mindən çox insan nəzarətsiz sığınacaqlara sığındı”, - Düjarrik bildirib.
















