• Bakı 15° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

QHT sədri məhkəmə zalında həbs edildi

HADİSƏ

17 May 2022 | 17:43 | Müəllif: Qalib İbrahimoğlu

QHT sədri məhkəmə zalında həbs edildi

QHT rəhbəri, özünü jurnalist kimi təqdim edən Zaur Mirzəzadə həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün onun barəsindəki dələduzluq ittihamı ilə bağlı cinayət işinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Yeni qərara əsasən, Z.Mirzəzadə məhkəmə zalında həbs edilib. Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, bir müddət öncə zərərçəkmiş Sultanəli Qurbanovun şikayəti əsasında Zaur Mirzəzadə və daha 4 nəfər barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi başlanmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Mirzəzadə barəsində şərti cəza verdiyi üçün o, azadlıqda qalmışdı.

Zaur Mirzəzadə "bakutime.az" saytının və Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri kimi tanınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026