• Bakı 15° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qısa nömrələr kimlərdədir ?

CƏMİYYƏT

02 Iyun 2022 | 16:11 | Müəllif: Qalib İbrahimoğlu

Qısa nömrələr kimlərdədir ?

“Müşahidələr göstərir ki, qısa nömrələr (102, 188, 1655 və s.) artıq tükənib və bu səbəbdən də müraciət edənlərə mənfi cavab verilir. Amma aktiv qısa nömrələrin bir neçəsindən başqa digərləri də gözə dəymir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, maraqlı məqam odur ki, əvvəllər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin saytında qısa nömrələrin siyahısı və kimə məxsus olması haqqında məlumat vardı: “Amma baxıram ki, həmin məlumat yığışdırılıb. Düşünürəm ki, bu sahədə bir normal qaydalar hazırlamaq, şəffaf mühit formalaşdırmaq doğru olardı. Bildiyim qədər bununla RİNN-də tənzimləmə şöbəsi məşğuldur. Yaxşı olardı ki, şöbə normal bir tənzimləmə mexanizmi hazırlayıb , Nazirlik tərəfindən təsdiqlənəndən sonra saytda yerləşdirisin. Mövcud qısa nömrələr və onların sahibləri haqqında məlumatlar da ictimai əhəmiyyət kəsb edir və açıqlanması zəruridir”.

AİF prezidenti qeyd edib ki, başqalarına 3 rəqəmli qısa nömrə təqdim edən Nazirliyin özünün qısa nömrəsi 4 rəqəmlidir və adətən heç kim də bunu xatırlamır: “Maraqlıdır ki, bu tip nümunələr çoxdur, hansısa əhəmiyyətsiz bir qurumda daha yaddaqalan bir 3 rəqəmli nömrə olduğu halda ictimai əhəmiyyət kəsb edən bir qurumda və ya layihədə 4 rəqəmli , yadda qalmayan nömrələr istifadə olunur. Fikrimcə, yeni qaydaların hazırlanması və bu qaydalarda müəyyən müddət istifadə edilməyən qısa nömrələrin geri alınması mexanizmi nəzərdə tutulmalıdır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026