• Bakı 10° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Qonaqlıqdan sonra qan düşdü

HADİSƏ

28 Fevral 2023 | 09:39

Qonaqlıqdan sonra qan düşdü

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Böyük Qaramurad kəndində qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini 1996-cı il təvəllüdlü Cavid Qasımov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, C.Qasımov yeyib-içdikdən sonra tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bakıvaxtı.az-a bildirib ki, Gədəbəy Rayon Polis Şöbəsinə Tovuz rayon sakini Cavid Qasımovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları müvafiq tədbirlər görüblər, C.Qasımova xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 1983-cü il təvəllüdlü Firdovsi Məmmədov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026