• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qaxda yol qəzası  -  Xəsarət alan var

HADİSƏ

29 Mart 2023 | 13:29

Qaxda yol qəzası - Xəsarət alan var

Qaxda yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunun Qax rayonu Güllük kəndi ərazisindən keçən hissəsində baş verib. "Nissan" və "VAZ-21099" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində "VAZ-21099" markalı avtomobilin sərnişini, Qax rayonu Qıpçaq kənd sakini 1979-cu il təvəllüdlü Azər Cavanşir oğlu Davudov xəsarət alıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin avtomobili ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026