Xudat-Nabran avtomobil yolunun giriş hissəsində "VAZ-21015" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində Xudat şəhər sakinləri, 2003-cü il təvəllüdlü İskəndərov Fuad Murad oğlu, 2001-ci il təvəllüdlü Səfərov Rəvan Ramin oğlu, 2005-ci il təvəllüdlü Əlihəsənov Rövşən Hüseyn oğlu və 2005-cü il təvəllüdlü Musayev Vüqar Faiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. /Report



jpg-1682671540.webp)











