Bərdə sakini qonşusunu qətlə yetirdikdən sonra intihar edib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün rayonun Şatırlı kəndində baş verib.
Kənd sakini, 59 yaşlı Namiq Hüseynov qonşusu, 34 yaşlı Anar Hüseynovla mübahisə edib. Bu zaman Namiq Anarı güllələyib. Anar Hüseynov hadisə yerində ölüb. Daha sonra Namiq Hüseynov hadisə yerindən təxminən 15-20 metr aralıda tüfənglə özünə atəş açaraq intihar edib.
Anarın valideynləri iddia edir ki, oğlu Namiqin bir qadınla münasibətdə olduğunu bilrmiş, ona görə o, Anarı güllələyib (xezerxeber).
Dəqiq səbəblər hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan solnra bəlli olacaq.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
11:4
Bərdədə qonşusunu tüfənglə öldürən kişi daha sonra intihar edib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Şatırlı kəndində baş verib.
Kənd sakini 1963-cü il təvəllüdlü Hüseynov Namiq İsmayıl oğlu qonşusu 1988-ci il təvəllüdlü Hüseynov Anar Malik oğlunu qətlə yetirib. Daha sonra Namiq Hüseynov özünə tüfənglə atəş açaraq intihar edib.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
















