Qax sakinini ilan sancıb.
Bakıvaxtı.az xəbər verir ki, rayonun Ləkit kənd sakini, 1969-cu il təvəllüdlü Nail Əsədullah oğlu Hacıyev ilan sancması xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub. Nail Hacıyevə lazımi tibbi yardım göstərilib, lakin onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakıya, Respublika Toksikologiya Mərkəzinə göndərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.















