• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qubada əmək yarmarkası keçiriləcək

    CƏMİYYƏT

    24 Noyabr 2025 | 10:15

    Qubada əmək yarmarkası keçiriləcək

    Noyabrın 27-də Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz regional məşğulluq filialı tərəfindən Quba şəhərində əmək yarmarkası təşkil olunacaq.

    Bakıvaxtı.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçiriləcək yarmarkada 9 müəssisə tərəfindən işsiz və işaxtaran şəxslərə 40 boş iş yeri təqdim ediləcək.

    Vakansiyalar daha çox regionun əmək bazarının tələbatına uyğun sahələri əhatə edir. Yarmarkada işəgötürənlərin nümayəndələri tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə iştirakçılara ətraflı məlumat veriləcək.

    Tədbirin təşkil edilməsində məqsəd işəgötürənlərlə işsiz və işaxtaranların birbaşa görüşünü təşkil etməklə, vətəndaşların məşğulluğunun və əmək bazarına çıxışının təmin olunmasıdır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    07 Noyabr 2026