Quranı yandırmaqda ittiham olunan rusiyalı gənc Nikita Juravelin məhkəməsi başa çatıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, o, 3,5 il müddətinə azadlıqdan məhrum edilib.
Qroznı məhkəməsi gəncin cəzasını ümumi rejimli islah koloniyasında çəkməsinə qərar verib.
İstintaqın məlumatına görə, 19 yaşlı N.Juravel 2023-cü ilin mayında Volqoqradda Katedral məscidinin ərazisində müsəlmanların müqəddəs kitabını yandıraraq telefonla lentə alıb və teleqramda paylaşıb. Nəticədə gənc saxlanılıb. Mayın 27-də Juravel Volqoqraddan köçürülərək Qroznı istintaq təcridxanasına aparılıb.
Günəş Mərd





jpg-1711609403.webp)










